Moskva Dövlət Qida Sənayesi Universitetinin Texnologiyalar Parkının mütəxəssisləri dünyada ilk dəfə 3D printerdə bulka çap ediblər. Məhsul birbaşa 3D printerde bişirilib.
planet-today.ru saytının məlumatına əsasən, ISL qida printeri plastik printerlərlə eyni prinsiplər əsasında hazırlanıb. Layihə müəllifləri cihazı müxtəlif xəmir növləri ilə sınaqdan keçiriblər.
İstehsalçıların sözlərinə görə, xəmir printer içərisində olan xüsusi qabda təbəqələrə qoyulduqdan sonra üzərinə ət və ya mürəbbədən ibarət içlik tökülərək bişirilib.
Alimlər istənilən yeməyi hazırlayan 3D çap texnologiyasını yaratmağı planlaşdırırlar. Bu printerin hərbçilər üçün əlverişli və keyfiyyətli yeməklər hazırlayacağı güman edilir. Hazırda elm adamları çörəklər, pizzalar, hot-doglar və digər un məmulatları ilə təcrübələr aparırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.