“Google” tədqiqatçıları süni intellektə qoxuları tanımağı öyrədib

29 Oktyabr 2019 - 15:28 | İnternet-50
“Google” tədqiqatçıları süni intellektə qoxuları tanımağı öyrədib

Alimlər rəngi işığın dalğa uzunluğuna görə müəyyən edə bilirlər. Qoxunu isə sadəcə molekula baxmaqla və ya onun quruluşu ilə müəyyən etmək mümkün deyil. “Google Brain Team”in tədqiqatçıları bunu süni intellektin köməyi ilə dəyişə biləcəklərinə ümid edirlər.

“Google Brain Team”in mühəndisləri süni intellektə qoxuları tanımağı öyrədiblər. Təlim zamanı tədqiqatçılar sinir şəbəkəsinə müxtəlif qoxular doğuran 5000 molekul haqqında məlumat yükləyiblər. Onların hər biri  “yağlı”, “tropik” və “zəif” qoxulu kimi etiketlənib.

hightech.fm saytının məlumatına əsasən, molekullar deskriptorlarla əlaqələndirilərək alqoritmin işi yoxlanılıb. Tədqiqat zamanı süni intellektin molekul strukturu əsasında qoxunu qabaqcadan xəbər verə bilmək imkanına malik olması məlum olub.

Qeyd edək ki, 2017-ci ildə Rusiya tədqiqatçıları da qoxuları yadda saxlamaq, sonra onları tanımağı neyroşəbəkəyə öyrədiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.