“Microsoft” bulud texnologiyasına əsaslanan infrastruktur yaradacaq

28 Oktyabr 2019 - 14:55 | İnternet-50
“Microsoft” bulud texnologiyasına əsaslanan infrastruktur yaradacaq

“Microsoft” bulud texnologiyasına əsaslanan infrastruktur yaratmaq üçün Pentaqonla 10 milyard dollarlıq hərbi müqavilə imzalayıb.

“Müdafiə Nazirliyi bulud texnologiyasına əsaslanan məlumat xidmətlərinin göstərilməsi üçün “Microsoft” korporasiyası ilə ümumi məqsədli kommersiya müqaviləsi imzalamaqla bulud strategiyamızı həyata keçirmək istiqamətində daha bir addım atıb” – deyə nazirlikdən bildirilib.

ria.ru saytının məlumatına əsasən, bu müqaviləni imzalamaq üçün digər nəhəng şirkətlər də mübarizə aparıblar. Məsələn, “Amazon”, “Microsoft”, “IBM”, “Oracle” şirkətləri də bulud infrastrukturunun yaradılması üçün 10 milyard dollarlıq müqavilə təklif edənlər arasında olublar.

Bundan əlavə, “Google” 2018-ci ildə bu tenderdən çəkilmək və süni intellektin inkişafı ilə bağlı etik mülahizələrə əsaslanaraq, pilotsuz təyyarələrin tanınma sistemini təkmilləşdirmək üçün 2019-cu ildə başa çatacaq müqaviləni yeniləməmək barədə qərarını elan edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.