İnformasiya Texnologiyaları İnstitutunda ingilis dilində elmi seminarlar keçirilir

29 Sentyabr 2014 - 15:30 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutunda ingilis dilində elmi seminarlar keçirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda hər həftənin cümə günləri saat 9:00-da ingilis dilində elmi seminarlar təşkil olunur.

Seminarda institutun əməkdaşları informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda ingilis dilində məruzə ilə çıxış edirlər.

Məqsəd institutda fəaliyyət göstərən əməkdaşların, eyni zamanda doktorant və dissertantların ingilis dili biliklərinin artırılması və bu dildə danışıq vərdişlərinin aşılanmasını təmin etməkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.