Moskva Fizika və Texnologiya İnstitutunun mühəndisləri insanın göz hərəkətlərini izləyə bilən mobil cihaz hazırlayıblar. Cihazın əsas vəzifəsi baxışların uzunluğunu və gecikmə müddətini təyin edərək onun istiqamətini izləməkdir. Onun vasitəsilə iflic insanlar “ağıllı ev”lərin elementlərini idarə edə biləcəklər.
Hightech.fm saytının məlumatına görə, “EyeRay” adlı kiçik ölçülü qurğu formasına görə eynək çərçivəsini xatırladır. Cihaza qurulan üç kameradan biri insanın baxdığı əşyaları, digər ikisi isə sol və sağ gözlərinin görünüşünü çəkir.
Həmçinin qurğuya 12 infraqırmızı LED quraşdırılıb ki, bu da xüsusi alqoritmlərin baxış istiqamətini hesablayan əks geometriyasına görə qurulub.
“Eyeray” əsasən marketinq tədqiqatlarında, idman və oyun sənayesində istifadə olunur. Mühəndislərin verdiyi məlumata əsasən, cihaz digər ölkələrdə hazırlanan analoqlarından 3 qat daha ucuzdur. O insanlara kömək etmək üçün neyro qulaqlıqlarla əlaqə qurma xüsusiyyətinə də malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.