“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin inkişafı ilə bağlı öz araşdırmasını dərc edib.
Ekspertlərin proqnozuna görə, 2022-ci ildə smartfon bazarının təxminən 60%-i, 2025-ci ildə isə 75%-i bu kimi qurğuların payına düşəcək.
dailycomm.ru saytının məlumatına görə, “5G” aparatların qiyməti Çində daha tez ucuzlaşacaq, çünki bu ölkədə ənənəvi olaraq qiymətlərin aşağı salınması prioritetdir. “Strategy Analytics”in analitikləri hesab edirlər ki, Çin sayəsində “5G” telefonların orta satış qiyməti azalacaq.
“Strategy Analytics”in proqnozuna görə, 2019-cu ildə “5G” mobil rabitə texnologiyasına malik smartfonların qlobal tədarük həcmi 5 milyon təşkil edəcək.
“IDC”nin proqnozuna əsasən, 2020-ci ildə 123 milyon “5G” telefonu təqdim ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.