“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün öz işini İnnovasiyalar Agentliyində davam etdirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Avropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara E-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında “Master class” keçirilib. Ustad dərsin məqsədi E-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirmək olub.
Ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Xatırladaq ki, cari ilin oktyabr ayının 18-də start verilən “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində bu günədək “Roboday” festivalı, həmçinin “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.