“Hi-Tech Building 2019” – “Ağıllı ev”, “Ağıllı şəhər” və enerji səmərəliliyi beynəlxalq sərgisi keçiriləcək

22 Oktyabr 2019 - 09:45 | Elanlar
“Hi-Tech Building 2019” – “Ağıllı ev”, “Ağıllı şəhər” və enerji səmərəliliyi beynəlxalq sərgisi keçiriləcək

23-25 oktyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskvada “Bina avtomatlaşdırılması, “Ağıllı ev”, “Ağıllı şəhər” və enerji səmərəliliyinə həsr olunan “Hi-Tech Building 2019”18-ci beynəlxalq sərgi keçiriləcək.

Sərgidə İT, “Ağıllı ev idarəetmə sistemləri”, “Bina idarəetməsi”,”Enerji səmərəli binaların tikintisi və təchiz edilməsi texnologiyaları”, “Bina avtomatlaşdırma və idarəetmə sistemləri”, “İnteqrasiya edilmiş təhlükəsizlik sistemləri”, “Elektrik təchizatı, enerji paylanması”, “Məftil aksesuarları və idarəetmə sistemləri”, “İqlim sistemləri”, “İşıq idarəetmə sistemləri”, “Elektrik idarəetmə sistemləri”, “Ekoloji dizayn və tikinti” sahəsində əldə olunan ən son nailiyyətlər nümayiş olunacaq.

MDB məkanında mühüm əhəmiyyət kəsb edən ənənəvi “Hi-Tech Building 2019” beynəlxalq sərgisi çərçivəsində “Ağıllı şəhərdə intellektual evlər”, “Ağıllı şəhərdə daşınmaz əmlakın rəqəmsallaşdırılması”, “Ağıllı dizayn məktəbi” və s. mövzularda  bir çox konfrans və dəyirmi masalar keçiriləcək.

Sərgi haqqında ətraflı məlumatı hitechbuilding.ru saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.