Toxunulmaqla duyulan İnternetin alqoritmləri hazırlanır

22 Oktyabr 2019 - 11:27 | İnternet-50
Toxunulmaqla duyulan İnternetin alqoritmləri hazırlanır

Alimlər yeni kompüter şəbəkəsinin köməyi ilə informasiya mübadiləsini və onun emalını sürətləndirərək məlumatların ötürülməsini bir millisaniyəyə qədər azaltmaq imkanını əldə ediblər. Gələcəkdə bu toxunulmaqla duyulan İnternet texnologiyasını reallaşdırmağa imkan verəcək. Bunun sayəsində cərrahlar robotların köməyi ilə distant əməliyyatlar həyata keçirəcək, musiqiçilər uzaqdan məşq edərək dərs keçəcəklər. Texnologiya 2020-ci ildə tətbiq olunacaq və o, beş il ərzində kütləvi istifadə olunacaq.

Mütəxəssislər hər biri öz məlumat hissəsini emal edən paylanmış server sistemindən istifadə etməklə buna nail olublar.

Bundan əlavə, alimlər məlumatların yüklənməsi üçün unikal alqoritmlər hazırlayıblar. Bu alqoritmlər sayəsində şəbəkəni optimallaşdırmaq və enerji istehlakını azaltmaq mümkün olub.

iz.ru saytının məlumatına əsasən, yeni sistem artıq laboratoriyada sınaqdan keçirilib.

Rusiyanın Tətbiqi Riyaziyyat və Telekommunikasiyalar İnstitutunun kiçik elmi işçisi Ammar Mutxanna qeyd edib ki, sınaqların gedişatında tədqiqatçılardan biri onun hərəkətlərini oxuyan xüsusi sensor əlcək geyinib. Sonra, siqnal şəbəkədən insan hərəkətlərini təkrarlayan avtomatlaşdırılan manipulyatora ötürülüb. Alimin sözlərinə görə, bu iki hərəkət arasındakı gecikmə bir millisaniyədən çox olmayıb.

“5G şəbəkələrində gecikmə bir millisaniyədən çox olmayacaq, lakin məlumatların emalı prosesləri sürətləndirə bilər”, - deyə laboratoriya rəhbəri Yevgeniy Xorov bildirib.

Qeyd edək ki, hazırda bu cür həllər sosial şəbəkələrdə artıq istifadə olunur. Lakin toxunulmaqla duyulan İnternet üçün xüsusi məhsullar lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.