Məlumdur ki, hazırda heç bir müasir film kompüter qrafikası olmadan tamamlanmır. Çin texnologiya nəhəngi “Tencent” daha da irəli gedərək hazır film və seiallara reklam əlavə etmək üçün müasir kompüter görməsi texnologiyalarından istifadə etmək niyyətindədir.
4pda.ru saytının məlumatına görə, çarxda “Tencent” ilə əməkdaşlıq müqaviləsi bağlayan “Mirriad” şirkətinin hazırladığı yenilik nümayiş etdirilir. Videoda hazır film və ya seriala asanlıqla bilbord (biqbord-ingilis dilindən tərcümədə “big board”- elan üçün iri lövhə) əlavə olunması göstərilir. Beləliklə hazır olan video lentlərə istifadəçilərin heç vaxt dayandıra və ya buraxa bilməyəcəkləri reklamlar birləşdiriləcək.
“Tencent” şəxsi platformasında bu texnologiyanı sınaqdan keçirmək niyyətindədir. Layihə müvəffəqiyyətlə həyata keçdiyi halda “Mirriad” öz işini digər xidmətlərdə də davam etdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.