“Google Maps” mobil proqramında görmə qabiliyyəti məhdud və ya zəif olan insanlar üçün yeni funksiya istifadəyə verilib.
mignews.ru saytının məlumatına görə, proqramın səsli ismarıcları ictimai nəqliyyatda verilən elanlara bənzəyir. “Google Maps” səyahət zamanı istifadəçiyə onun yoldan çıxıb-çıxmadığı, növbəti döngəyə nə qədər məsafə qaldığı və irəlidə piyada keçidinin olub-olmadığı barədə məlumat verir. Bu yolla görmə qabiliyyəti məhdud insanlar daim marşrut haqqında düşünmədən rahatlıqla istədikləri yerə gedə biləcəklər.
Qeyd edək ki, yeni funksiya “Android” və “iOS” əməliyyat sistemləri üçün aktivdir. Hazırda səsləndirmə yalnız ingilis və yapon dillərində əlçatandır. Yaxın zamanda digər dillərin də əlavə edilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.