Çin şirkəti “Huawei” “Android”i əvəz edən “Harmony OS” əməliyyat sistemini istifadəyə verib. “Harmony OS” yalnız smartfonlarda və planşet kompüterlərində deyil, həm də digər qurğularda istifadə oluna bilər.
3dnews.ru saytının məlumatına əsasən, növbəti ildə “Harmony OS”un qlobal bazarda payının 2 %-ə çatması bu proqram platformasını dünyada beşinci edəcək. Bununla da o “Linux”u geridə qoyacaq. Bundan əlavə, “Harmony OS”un Çin bazarındakı payı növbəti ilin sonuna qədər 5% təşkil edəcək.
Qeyd edək ki, hazırda dünyada ən geniş yayılmış əməliyyat sistemi “Android”dir və onun payı 39 %-ə bərabərdir. İkinci mövqe qurğuların 35 %-nə quraşdırılan və iOS proqram platforması bazarındakı 13,87 % payı ilə ilk üçlüyə daxil olan “Windows”a aiddir. Onlardan sonra bazarın 5,92 % və 0,77 %-ni tutan “macOS” və “Linux” gəlir.
Bu il “Harmony OS” ilə işləyən “Honor Vision TV” və “Huawei Smart TV” televizorları təqdim edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, “Harmony OS” ilə işləyən smartfonlar hələki satışa buraxılmayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.