2019-cu ilin dekabrın 1-dən etibarən Çinin telekommunikasiya şirkətləri şəxsiyyətin təsdiqi və İnternetə girişin təmin olunması üçün istifadəçilərin sifətinin skan edilməsi ilə məşğul olacaqlar.
ferra.ru saytının məlumatına görə, bu ilin sentyabrında artıq dekabr ayından etibarən İnternetə girişlə təmin edən bütün şirkətlərin istifadəçilərin şəxsiyyətini təsdiq etmək üçün onların üzlərini skan etməyə məcbur ediləcəyi bildirilmişdi. Bu prosedur həyata keçirilməzsə, Çin vətəndaşları İnternet-xidmətlərə giriş hüququndan məhrum olacaqlar. Nəzərə alsaq ki, bütün ölkə üzrə 854 milyon insan İnternetdən fəal istifadə edir, yeniliyin miqyası əhəmiyyətli dərəcədə böyük olacaq.
Xatırladaq ki, Çində sifətin tanınması üzrə sistem kifayət qədər geniş istifadə olunur və eyni zamanda birdən çox sahədə fəaliyyət göstərir. Onlardan ən tanınmışı dövlətin istənilən vətəndaşın həyatına nəzarət etmək imkanı əldə etdiyi “sosial reytinq sistemi”dir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.