AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Əliyeva Fransanın Monpelye şəhərində keçirilən "Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq qrupunun" seminarında iştirak edib.
Marketinq və Kommunikasiya, eləcə də (The Special Interest Group on Marketing Communications, SIG-Marcomms,) Xidmət Portfellərinin İdarəolunması üzrə Xüsusi Maraq Qruplarının (The Management of Service Portfolios group, SIG-MSP) birgə iclasında sosial media üçün videomaterialların hazırlanması üzrə praktiki seminar keçirilib.
Fransanın təhsil və tədqiqat şəbəkəsi “RENATER”in ev sahibliyi etdiyi tədbirdə müxtəlif hədəf qruplarına və iş üçün potensial namizədlərə markanın necə qurulması və idarə edilməsi haqqında məlumatlar verilib, bu barədə bir sıra məsələlər müzakirə edilib. Tədbirdə, həmçinin GEANT layihəsindəki inkişaf, bulud xidmətləri, yeni “İnam və İdentlik Mentorluq Proqramı”, eləcə də GEANT və onun xəbər kanallarında baş verən son yeniliklər barədə məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.