Yaponiyanın Tokio Universitetinin alimləri ürək-damar xəstəliklərinin effektiv monitorinqini aparmağa imkan verən ultranazik dəri ekran ixtira ediblər.
Ürək-damar xəstəlikləri bütün dünyada ölüm hallarının başlıca səbəbi hesab olunur. belta.by saytının məlumatına görə, dəri displey insana öz sağlamlığı haqqında operativ məlumat əldə etməyə imkan verir. Çox kiçik işıq diodlarından ibarət matris nəbz və digər göstəriciləri təqdim edə bilir. Bir millimetr qalınlığında qurğu istifadəçi üçün narahatlıq yaratmır. Bundan əlavə, ələ yapışdırılan ekran ovucu sıxmağa və açmağa mane olmur və o, hərəkət zamanı işləməkdə davam edir.
Yaponiyalı alimlərin fikrincə, texnologiyanın kütləvi istehsalına başlamaq üçün çox sayda vəsait tələb olunmayacaq, qurğudan istifadə isə insanların gündəlik həyatını daha da yaxşılaşdırmağa imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.