Köçürmə üçün universal süni qan hazırlanıb

03 Oktyabr 2019 - 10:19 | Texnoloji yeniliklər
Köçürmə üçün universal süni qan hazırlanıb

Yapon alimləri pasiyentin qan qrupundan asılı olmayaraq çox sayda insanın xilas olmasına kömək edəcək süni qan hazırlayıblar.

Hazırda həkimlər qan köçürülməsi üçün pasiyentin qan qrupunun rezus faktorunu təyin etməyə məcburdurlar. Çünki uyğun olmayan qan qruplarının xəstəyə köçürülməsi respiyentin həyatını təhlükə altına qoyur. Bu səbəbdən təcili yardım maşınlarında qan köçürülməsi proseduru qadağan edilib. Süni qan üçün bu amil əhəmiyyətli olmadığından zərərçəkənlərə xəstəxanaya gəlməzdən dərhal əvvəl tibbi yardım edilə bilər. Məhz bunun köməyilə süni qan vasitəsilə daha çox insanın həyatını xilas etmək mümkündür.

regnum.ru saytının məlumatına görə, Milli Müdafiə Tibb Kollecinin yapon alimlərindən ibarət kollektivi yeni hazırlanmanın effektivliyini nümayiş etdirmək məqsədilə dovşanlar üzərində sınaqlar keçiriblər.

Süni qan ağır qan itkisi müşahidə olunan 10 dovşan üzərində sınaqdan keçirilib, onlardan 6-sı sağ qalıb. Qan köçürülən dovşanlara xüsusi nəzarət edilib və onlarda  əlavə yan  təsirlər müşahidə olunmayıb.

Növbəti mərhələdə süni qanın insanlar üzərində sınaqları keçiriləcək. Mütəxəssislər bildiriblər ki, bu yeniliyin əhəmiyyətliliyini qiymətləndirmək hələ ki, çətindir.

Qeyd edək ki, normal temperaturlu saxlama şəraitində süni qanın il ərzində öz keyfiyyətini saxlaması ən mühüm amillərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.