Almaniyada ilk üzən günəş elektrik stansiyası tikiləcək

01 Oktyabr 2019 - 11:26 | Maraqlı məlumatlar
Almaniyada ilk üzən günəş elektrik stansiyası tikiləcək

2300-dən çox günəş paneli ildə 736 MVt / saat təmiz enerji istehsal edəcək ki, bu da “Ossola” mədən şirkətinin ehtiyaclarına cavab verəcək.

Fransız şirkəti “Ciel & Terre” Baden-Vürtemberqdə yerləşən Renchen şəhərində yeni üzən günəş elektrik stansiyasının konstruksiyasını hazırlayıb. Layihənin inşası ilə Almaniyanın “Erdgas Südwest” şirkəti məşğul olacaq. Bu Almaniyanın sənaye miqyasında günəş enerjisi istehsal edən ilk üzən elektrik stansiyası olacaq.

hightech.plus saytının məlumatına görə, tikinti fevralda başlayıb iyuna ayına qədər davam edəcək. Hovuzda salların quraşdırılması üç-dörd həftə ərzində həyat keçiriləcək. Layihənin qiyməti barədə hələ ki, məlumat verilmir.

Gələcəkdə şirkət bu cür layihələrin sayında artıq Avropada lider olan Hollandiya üçün üzən günəş stansiyalarının hazırlanması ilə məşğul olmağı planlaşdırır. “Ciel & Terre” bu sahədə, həmçinin Portuqaliya, Belçika və Almaniyanın da böyük potensialının olduğunu qeyd edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.