AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən FD.01.231dissertasiya şurasının fəaliyyəti haqqında hesabat verildi. Hesabatı institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Elmi şuranın iclasında təqdim etdi.
Bildirdi ki, FD.01.231dissertasiya şurasının 2009-2014-cü illərdə fəaliyyəti ərzində şuranın 45 iclası keçirilmiş və müdafiələrin nəticələrinə görə 23 dissertasiya işi haqqında müsbət qərar qəbul edilmişdir. İddiaçılardan 22-si texnika üzrə fəlsəfə doktoru, 1-i isə texnika üzrə elmlər doktoru adına layiq görülmüşdür.
Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinin 22-si 3338.01 − “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 1-i isə “Kompüter elmləri” ixtisasları üzrə müdafiə olunmuşdur. Texnika üzrə elmlər doktoru elmi dərəcəsi alınması üçün təqdim olunmuş dissertasiya işi 3324.04 - “Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı” ixtisası üzrə müdafiə olunmuşdur.
FD.01.231 dissertasiya şurasında müdafə olunmuş işlərdən 17-si AMEA İnformasiya Texnologiyaları İnstitutunda, 2-si Bakı Dövlət Unversitetində, 2-si Sumqayıt Dövlət Unversitetində, 1-i Azərbaycan Dövlət Neft Akademiyasında və 1-i “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında yerinə yetirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.