240 herslik ekranla təchiz edilən ilk smartfon nümayiş olunub

27 Sentyabr 2019 - 11:25 | Texnoloji yeniliklər
240 herslik ekranla təchiz edilən ilk smartfon nümayiş olunub

“Sharp” şirkəti dünyada ilk dəfə 240 herslik yenilənmə tezliyinə malik ekranla təchiz edilən qabaqcıl “Aquos Zero 2” smartfonunu nümayiş etdirib.

4pda.ru saytının məlumatına görə, yeni qurğu “Full HD+” (2340x1080 piksel) təsvir ölçülü, quraşdırılmış barmaq izi skaneri və smartfonlar üçün rekord hesab edilən 240 herslik yenilənmə tezlikli 6,4 düym diaqonallı “OLED” ekranla təchiz olunub. İstehsalçı nümayəndələr qurğunun istifadəçi barmaqlarının toxunuşuna minimal reaksiya vaxtını təmin edəcək sensor panelinin çağırışa rekord sürətlə cavab verməsini xüsusilə qeyd edirlər.

Operativ yaddaş tutumu 8 Gb, quraşdırılmış yaddaşı 256 Gb təşkil edən smartfon soyutma sisteminə malik qabaqcıl “Snapdragon 855” mobil platforması əsasında hazırlanıb. Qurğudan istifadə zamanı təhlükəsiz enerji doldurma texnologiyasını dəstəkləyən akkumulyatorun tutumu 3130 milliamper/saat təşkil edir. “Aquos Zero 2” smartfonunun korpusu “IP68” standartı üzrə su və toza qarşı davamlıdır.

Optik təsvir stabilləşdiricisi sistemi ilə təchiz edilən əsas kamera 12 meqapikselli (f/1.7, baxış bucağı 78 dərəcə, ekvivalent fokuslama məsafəsi 26 mm, təsvir stabilləşdiricisi) və 20 meqapikselli (f/2.4, baxış bucağı 125 dərəcə, ekvivalent fokuslama məsafəsi 18 mm, təsvir stabilləşdiricisi) iki ötürücü ilə təqdim olunub. Bundan əlavə, şəkillərdə fonun dağınıqlığı, eləcə də süni intellekt funksiyalarının düzəlişi üçün “ProPix2” sistemi dəstəklənir. Ön modul bir 8 meqapikselli sensor və sifətə görə blokdan çıxarılma imkanına malikdir.

Modelə, həmçinin kontaktsız ödənişlərin həyata keçirilməsi üçün “NFC” ötürücüsü quraşdırılıb. “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun qabaritləri 158 х 75 х 8,8 mm, çəkisi isə 143 qram təşkil edir.

“Sharp Aquos Zero 2” smartfonunun satışa çıxarılma müddəti və qiyməti bir müddət sonra açıqlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.