“Apple” şirkəti öz “ağıllı” saatları üçün “WatchOS 6”nın yeni versiyasını istifadəyə verib. Onun əsas xüsusiyyətlərindən biri insanın eşitmə qabiliyyətini itirməsinin qarşısını alan “Noise” proqramıdır.
dni24.com saytının məlumatına görə, yalnız “Apple Watch” üçün əlçatan olan proqram istifadəçinin ətrafındakı yüksək səsləri qeydə ala və qadcet sahibinin eşitmə qabiliyyətini itirməsi riski olduğunu “gördükdə” ona xəbərdarlıq göndərə bilir. “Noise” yüksək səs olan müxtəlif yerlərdə səsi desibellərlə ölçmək üçün saatın mikrofonundan istifadə edir. Proqram işə salındıqda istifadəçi real vaxt rejimində səsin desibellərlə ölçüldüyünü görəcək. O, səs səviyyəsi haqqında qısa bildiriş alacaq.
Qeyd edək ki, 0-80 desibel səs kifayət qədər azdır və eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilməz. Bu həddi aşdıqda insan səsin yüksəkliyindən asılı olaraq, uzun müddət eşitməyə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.