ABŞ-ın “Boston Dynamics” şirkəti şəxsi istehsalatın avtomatlaşdırılmış mexanizmləri sayəsində populyarlıq qazanıb. Bu yaxınlarda istehsalçılar İnternetdə insanabənzər robot “Atlas”ın müxtəlif gimnastik hərəkətlər etdiyi yeni video paylaşıblar. Videoda “Atlas” hoppanma, əlləri üzərində dayanma, öz oxu ətrafında 360 dərəcə fırlanma kimi kiçik gimnastik proqramı yerinə yetirir.
3dnews.ru saytının məlumatına görə, robot bütün hərəkətləri ayrı-ayrılıqda deyil, ardıcıl olaraq icra edir. Bunun üçün istehsalçılar bir hərəkətdən digərinə keçidə imkan verən “modelin proqnozlaşdıran kontrollerini” cəlb ediblər. Kontroller robota öz hərəkətlərini izləməyə kömək edir. Bu, müxtəlif hərəkətlərin icra edilməsindən sonra tarazlığı itirmədən müvazinəti effektiv saxlamağa imkan verir.
“Atlas” robotunun yenilənmiş modeli hərəkətləri 80 faiz halda müvəffəqiyyətlə yerinə yetirir. Videodan aydın olur ki, beş cəhddən biri uğursuzluqla nəticələnir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.