İlk dron yanacaq dolduran sınaqdan keçirilib

22 Sentyabr 2019 - 19:02 | Texnoloji yeniliklər
İlk dron yanacaq dolduran sınaqdan keçirilib

“Boeing” şirkətinin mütəxəssisləri ilk dron yanacaq dolduranı sınaqdan keçiriblər. “MQ-25 Stingray” adlı dronun ilk uçuşu 2 saat davam edib. O, İllinoys ştatının Sent-Luis şəhərinin hava məkanından keçib. Dron yanacaq dolduran havaya qalxaraq, öncədən təyin edilmiş marşrut üzrə uçub. Bundan başqa, sınaqlar dronun yerüstü idarəetmə stansiyası ilə əlaqəsini yoxlamaq üçün nəzərdə tutulub.

belta.by saytının məlumatına görə, sınaqlar müvəffəqiyyətlə başa çatıb. Dron yanacaq dolduran göyərtə əsaslı təyyarə daşıyıcıları üçün yaradılıb. O, ABŞ-ın hərbi-dəniz qüvvələri tərəfindən sifariş olunub. Uğurlu sınaqlardan sonra ABŞ ordusu cəmi 13 milyard dollar dəyərində 72 aparat sifariş etmək niyyətindədir.

Dron yanacaq dolduran 930 kilometrə qədər məsafəyə 8 ton yanacaq çatdıracaq ki, bu da 4-6 qırıcı təyyarənin havada əlavə yanacaqla doldurulmasını həyata keçirməyə imkan verəcək. Bundan başqa, yeni dronun füzelyajında ona kəşfiyyatda və informasiyanın toplanmasında iştirak etməyə kömək edəcək qurğuların quraşdırılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.