İsveçin “Seabubbles” şirkəti yeni elektrikli su taksisini sınaqdan keçirir.
Sınaqlar inzibati-ərazisi nəqliyyatla yüklənən Parisdə həyata keçirilir. İnnovativ elektrik taksisi paytaxt Fransanın yollarını boşaltmağa, eləcə də şəhərdə ekoloji vəziyyəti yaxşılaşdırmağa imkan yaradacaq.
“SeaBubbles” aparatı “su kosmik gəmisini” saatda 50 kilometrə qədər sürətləndirə bilən dörd elektrik mühərriki ilə təchiz edilib.
belta.by saytının məlumatına əsasən, Paris meriyası şəhərətrafı “Issy-les-Moulineaux” körpüsündən Bersiyə qədər olan ərazidə sınaqların keçirilməsinə icazə verib.
Adi planşetin köməyi ilə idarə olunan elektrik su taksisi saatda 50 kilometrə qədər sürət yığır və dörd nəfəri qəbul edir.
İstehsalçılar başlanğıc üçün nəqliyyat vasitəsini Parisdə, 2020-ci ilin yazına kimi isə başqa şəhərlərdə istifadə etmək niyyətindədirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.