2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yüngül atletika üzrə yarışlarda tamaşaçılara onlayn rejimdə qaçışların gedişini izləməyə kömək edəcək yeni vizual yerləşdirmə təqdim ediləcək. “Intel” şirkətinin videoçarxında atletlərin ad və sürətini əks etdirən indikatorların yol rəngi görünür.
techcult.ru saytının verdiyi məlumata əsasən, yeni texnologiya “3D Athlete Tracking” və ya “3DAT” adlanır. “Intel” nümayəndələrinin sözlərinə görə, idman şərhçilərinə onu canlı reportajlarına əlavə etməyə imkan verən bu texnologiya süni intellekt və kompüter görməsi sayəsində “demək olar ki, real vaxtda” işləyir.
“Intel” şirkəti çoxsaylı tərəfdaşları ilə birlikdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının texnoloji komponentini təmin edəcək.
Onun prosessorları xüsusi ilə 300.000-dən çox qonaq və olimpiya iştirakçısının identifikasiyası üçün nəzərdə tutulmuş sifətin tanınması sisteminin işi üçün lazım olan hesablama güclərini təmin edəcək.
“Intel”in sayəsində oyunların açılış və bağlanış mərasimləri, eləcə də yüngül atletika üzrə yarışlar virtual reallıqda translyasiya ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.