“BAE Systems” şirkəti Böyük Britaniyanın Kral Donanmasına məxsus hərbi “robot-gəmi” ilə birlikdə tapşırıqları yerinə yetirməyə qadir olan pilotsuz qayığını təqdim edib.
Şirkət avtopilot sistemini uzunluğu 7,8 m olan və 24 km/saat sürətlə hərəkət edə bilən “Pacific24” qayığı ilə birləşdirib.
hightech.fm saytı xəbər verir ki, “robot-gəmi” artıq Kral Hərbi-Dəniz Donanmasının, Kral Dəniz Qoşunlarının, eləcə də, Müdafiə Nazirliyi polislərinin istifadəsinə verilib.
Pilotsuz qayıq öncədən proqramlaşdırılmış geniş hərəkət diapozonuna malikdir. O, insan müdaxiləsi olmadan sərbəst naviqasiya qərarları verə bilir. Hətta, qarşılaşa biləcəyi təhlükəli vəziyyətlərdən çıxmağı da bacarır.
“BAE Systems” şirkətindən verilən məlumata görə, “Pacific24” qayığı ilə robot gəminin birgə çalışmaq bacarığı “DSEI2019” sərgisində nümayiş etdiriləcək. Sistemin ictimai sınaqlarının vaxtı isə, hələlik məlum deyil.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.