ABŞ-n Milli Kosmik Agentliyi (NASA) Ayın ətraflı və dəqiq modelinin yaradılması üçün bütün arzu edənlərə yükləyərək istifadə etməsinə imkan verən iki xəritə hazırlayıb.
naukatv.ru saytının məlumatına əsasən, qeyri-adi peyk modeli “Lunar Reconnaissance Orbiter” (LRO) planetlərarası avtomatik stansiyasının 10 il ərzində topladığı məlumatlar əsasında hazırlanıb. O, peykin şəkillərini çəkməklə saniyədə 1,5 km sürətlə hərəkət edib. Bu halda işıq mənbəyi 150 milyon km məsafədə yerləşib, bütün Ay səthinin isə xəritə üzərinə topoqrafik baxımdan dəqiq köçürülməsi tələb olunub.
Skaner kimi işləyən “LRO” stansiyası kosmik gəminin Ay səthi üzərində hərəkətindən istifadə edərək şəkilləri sətir-sətir sıralayıb. Lazer impulsları Ayın ölçüsünün müəyyənləşdirilməsi üçün istifadə olunub. Onlar Ay səthinə çatır və kosmik gəmidə əks olunurlar. Daha sonra aparat şüanın qaytarılması üçün tələb olunan vaxtı ölçməklə Ay topoqrafiyasını hesablayır.
“LRO” stansiyasının məlumat və təsvirlərindən istifadə edən NASA mütəxəssisləri Ayı misli görünməmiş ətraflı şəkildə canlandırıblar. Layihənin məqsədi “NASA” məlumatlarından 3D dizaynerlər üçün istifadəyə şərait yaratmaqdan ibarətdir. Ayın dəqiq topoqrafiyası, həmçinin gələcək missiyaların daha təhlükəsiz enişinə hazırlıq üçün tələb olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.