Britaniyanın “BAE Systems” müdafiə şirkəti iki eynək ölçüsündə əlavə reallıq (augmented reality – AR) qarniturunun prototipini təqdim edib. Ordunun ehtiyacları üçün nəzərdə tutulmuş eynəyin hazırlanmasına 2017-ci ildə başlanıb.
techcult.ru saytının məlumatına görə, qurğunun ilkin veriyasında qarniturun ekranı bir rəngli idi. İndi o, daha yığcam, yüngül, çəkisi tarazlaşdırılmış və tam rənglidir. Bu da eynəyi uzun müddət rahatlıqla daşımağa imkan verir.
AR-eynək ordu standartlarına uyğun istehsal edilib və təcavüzkar mühitlərdə istifadə üçün nəzərdə tutulub. Onu şlemlə birlikdə taxmaq olar. Qarnitur 40x30 dərəcə baxış bucağına malikdir. Bundan başqa, qurğu operatora hərbi maşının örtüsündən içərini “görməyə” imkan verən “şəffaf” zireh sistemlərinin işini dəstəkləyir.
Şirkətin mütəxəssisləri iddia edirlər ki, AR-eynək gün işığında simvolların daha aydın göründüyü parlaq ekrana malikdir. Qurğu o qədər yığcamdır ki, məsələn, dəniz donanmasının zabitinə eyni zamanda gəmidə yerini dəyişdirməyə və onun işinə nəzarət etməyə imkan verir. Eynək başın vəziyyətinin izlənilməsi sistemi sayəsində informasiyanın dəqiq təsvirini təmin edir. Onlar eynəyin bu versiyasını seriyalı istehsala başlamazdan əvvəlki son test modeli hesab edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.