Smartfon və noutbuk istehsalçıları ötən ilin oktyabr ayında nümayiş olunan “Wi-Fi 6” simsiz şəbəkə standartının tətbiqinə yenicə başlayıblar. Buna baxmayaraq, “Qualcomm” şirkəti artıq standartın yeddinci nəsli üzərində aktiv iş aparır.
4pda.ru saytının məlumatında bildirilir ki, “Wi-Fi Alliance” təşkilatı 2018-ci ilin sonunda “802.11ax” (Wi-Fi 6) tipli konstruksiyalardan istifadədən imtina edərək, onları daha anlaşıqlı tək rəqəmlərlə əvəzləmək qərarına gəlib. “Wi-Fi 6”dan yüksək sıxlığa malik şəbəkələrdə daha yaxşı işləmə ilə yanaşı, bu standartın maksimum məlumat ötürmə sürəti 11 Gbit/saniyə təşkil edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, “802.11be” standartına malik olacaq “Wi-Fi 7” şəbəkəsinin pik sürəti 30 Gbit/saniyəyə çatacaq. Yeni texnologiya 2024-cü ildə kütləvi tətbiq üçün hazır olacaq.
Hazırda “Wi-Fi 7” şəbəkəsinin məlum olan əsas üstünlükləri kimi tezlik diapazonunun mövcud 2,4 və 5 giqahersdən 6 giqahersədək genişləndirilməsi, “CMU-MIMO” texnologiyası ilə eyni anda qoşulan qurğuların sayının çoxaldılması, maksimal buraxılış qabiliyyətinin 30 Gbit/saniyəyədək artırılması, amplitud modulyasiyasının 1024-dən (Wi-Fi 6-da) 4096-dək artırılması qeyd olunur ki, bu da radiosiqnalı daha informativ etməyə imkan verəcək.
“Wi-Fi 7” standartının təbiqi üçün illər tələb olunsa da, mütəxəssislərin əsas ehtiyat etdiyi məsələ elektronika istehsalçılarının yeni standartla ayaqlaşa bilməməsidir. Çünki “Wi-Fi 7” marşrutlayıcılarının mövcudluğu yeni standartın üstünlüklərini əldə etmək üçün əsas şərt olmayacaq. İstifadəçilərin “Wi-Fi 7” ilə uyğunluq təşkil edən qurğularda çatışmazlıqla üzləşməməsi böyük əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.