Smartfonların sağlamlığa vurduğu zərərin azaldılması üsulları məlum olub

28 Avqust 2019 - 17:06 | Maraqlı məlumatlar
Smartfonların sağlamlığa vurduğu zərərin azaldılması üsulları məlum olub

Alimlər smartfonlardan istifadə zamanı sağlamlığa dəyən zərəri azaltmaq üsullarını müəyyənləşdiriblər. Bu barədə Malayziyanın Perdana Universitetinin elmi işçi Erna Fariza Mohd Put məlumat verib.

iz.ru saytının məlumatına görə, keyləşmə, baş barmaq, bilək, boyun və kürək nahiyələrində ağrılar kimi simptomların qarşısını almaq üçün ilk növbədə elə smartfon almaq lazımdır ki, baş və şəhadət barmaqları ilə onun displeyinə toxunmaq mümkün olsun.

Bundan başqa, smartfonda mətn çap edərkən hər iki əlin barmaqlarından istifadə etmək daha yaxşıdır.

Put, həmçinin bildirib ki, smartfonu sinə, çənə və ya göz səviyyəsində tutmaq lazımdır. Bu, boynu əyməməyə, olduğu vəziyyətdə saxlamağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.