Gülləkeçirməz jiletlərin sürətli 3D-çapı texnologiyası hazırlanır

23 Avqust 2019 - 09:03 | Maraqlı məlumatlar
Gülləkeçirməz jiletlərin sürətli 3D-çapı texnologiyası hazırlanır

3D-çap sahəsində əldə olunan ən son nailiyyətlər artıq tezliklə ABŞ ordusunda yeni nəsil gülləkeçirməz jiletlərin meydana çıxmasına səbəb olacaq. Onların strukturu balıqqulağından götürülüb.

techcult.ru saytının məlumatına görə, üçölçülü çap texnologiyası sayəsində gülləkeçirməz jiletləri bilavasitə döyüş bölmələrində hazırlamaq mümkün olacaq. Hazırda “Army Research Laboratory” tədqiqatçıları keramika materiallarının çap texnologiyasını hazırlayırlar.

Keramika məmulatlarının 3D-çapı metal və ya plastik materialların çapından daha mürəkkəb prosesdir. Balıqqulağının qabığı bir neçə qatdan ibarətdir ki, bu da onlara yüksək möhkəmlik verir. Yeni gülləkeçirməz jiletlər də eyni prinsip üzrə hazırlanacaq.

Layihə uğur qazanarsa, ABŞ ordusu çöl şəraitində gülləkeçirməz jiletləri çap edə biləcək. Ölçü götürülməsi və çap prosesinə cəmi bir neçə saat sərf olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.