ABŞ-ın Kentukki ştatında yaşayan Doroti valideynləri onun telefonunu aldıqdan sonra “ağıllı” soyuducu və başqa qurğuların köməyilə “Twitter” sosial şəbəkəsində paylaşımlar edib.
belta.by saytının məlumatına görə, yemək hazırlayarkən telefona baxan 15 yaşlı Dorotinin fikri yayınıb və plitədəki yemək yanıb. Bu səbəbdən anası onu iki həftə müddətinə smartfondan məhrum edib.
Doroti dostlarla əlaqəni itirməmək üçün əmisi oğlunun planşeti, “Nintendo 3DS” portativ oyun konsolu və “Wii U” konsolu vasitəsilə sosial şəbəkəyə daxil olub. Bundan xəbər tutan ana həmin qadcetləri də Dorotinin əlindən alıb.
Qız “Twitter”ə girişlə bağlı ideyaları ilə məşhurlaşıb. Onun sonuncu tvitlərinə on minlərlə insan reaksiya verib, sosial şəbəkənin rəsmi hesabı isə #FreeDorothy (Dorotiyə Azadlıq) həştəqini yaradıb. Doroti tvitlərini hətta “ağıllı” soyuducunun köməyilə də yazıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.