Çinin “Xiaomi” şirkətinin 108 meqapiksel təsvir ölçülü kamera ilə təchiz olunmuş “Xiaomi Mi Mix 4” smartfonu cari ilin sentyabr ayında təqdim ediləcək
lenta.ru saytının məlumatında bildirilir ki, bu, 108 meqapiksellik “Samsung ISOCELL Bright HMX” kamerası ilə təchiz edilmiş ilk smartfon olacaq. Sözügedən sensor 12032x9024 nöqtə təsvir ölçülü şəkil çəkə biləcək, həmçinin növbəti il təqdim ediləcək “Samsung Galaxy S11” smartfonuna quraşdırılacaq.
Bundan başqa, “Mi Mix 4” smartfonu “Snapdragon 855 Plus” prosessoru, 100 vatt gücündə enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək, ön kamera isə ekrana quraşdırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.