Mütəxəssislər əmindirlər ki, telefondan imtina edən insanlar bir müddət sonra özlərini daha azad hiss edəcəklər. Belə ki, bu yaxınlarda maraqlı bir sınaq keçirilib: telefon, planşet və noutbuk istifadəsinə məhdudiyyət qoyulmuş 24 könüllü tətilə yola düşüb. Onlar sosial şəbəkə və mobil xəritədən istifadə edə bilmirdilər.
Bu zaman onlar özlərinin emosional fonunda baş verən dəyişiklikləri qeydə alırdılar. Alimlər tədqiqat aparılan zaman ərzində könüllülərdə narahatlıq, məyusluq və çəkilmə sindromu əlamətlərini aşkar ediblər. Lakin zamanla onlar yoxa çıxırdı. Belə ki, şəhərdə çox vaxt mobil xəritə vaitəsilə səyahət edənlər naviqasiya olmadığına görə narahat və məyus idilər.
meddaily.ru saytının məlumatına görə, şəhər səyyahları məlumatın əlçatan olmamasından əziyyət çəkirdilər. Təbiətdə dincəlməyə yola düşmüş insanlar öz təhlükəsizlik statusları haqqında məlumat paylaşa bilmədiklərinə görə narahatlıq keçirirdilər. Bununla belə, səyyahların əksəriyyəti səfərdən zövq aldılar, görməli yerlər haqqında daha çox bilgi əldə etdilər, çünki onlar başqa səyyahlar və yerli sakinlərlə danışmağa məcbur idilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.