İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər sistemləşdirilmişdir

17 Sentyabr 2014 - 16:53 | Konfranslar, İclaslar
İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər  sistemləşdirilmişdir

İnstitutun 5 saylı şöbəsinin müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi şöbənin fəaliyyətilə bağlı yarımillik hesabatı təqdim etdi. O, öncə elmi-tədqiqat işləri barədə məlumat verərək informasiya texnologiyaları üzrə ən müasir terminlərin işlənilməsi mövzusu üzrə görülən işlərdən danışdı. Bildirdi ki, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin  toplanması və  sistemləşdirilməsi mərhələsi həyata keçirilmişdir. İKT-nin ən müasir terminlərinin aşkarlanması  üzrə beynəlxalq təcrübə araşdırılmış və mövzunu əhatə edən əsas istiqamətlər üzrə toplanmış ən müasir terminlər tərcümə və təsnif edilmişdir.

S.Abdullayev, həmçinin şöbənin elmi-təşkilati və elmi-innovasiya fəaliyyətinə dair görülən işlərdən danışdı. Şöbə əməkdaşları tərəfindən tanınmış elmi jurnallarda nəşr olunan  məqalələr, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak və s. barədə məlumatları diqqətə çatdırdı.

Şöbənin fəaliyyəti müsbət qiymətləndirildi, müvafiq tövsiyələr verildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.