Amerikalı entuziastlar süni intellektə malik tammiqyaslı avtomatik turel hazırlayıblar

15 Avqust 2019 - 11:00 | Texnoloji yeniliklər
Amerikalı entuziastlar süni intellektə malik tammiqyaslı avtomatik turel hazırlayıblar

Bir qrup amerikalı entuziast 3D çapdan istifadə edərək Portal kompüter oyunundan süni intellektə malik olan turel yığıblar.

hightech.fm saytının verdiyi xəbərə görə, süni intellektli həmin turel ilk dəfə 2017-ci ildə keçirilən Hacking Anyway konfransında nümayiş olunub. İlk təqdimatdan Berlindəki ən böyük haker forumu CCCamp-ın iştirakçıları bu qülləyə kompüter görmə texnologiyası əlavə edərək yenidən qurmağa qərar verdilər.

Yüzlərlə hissələri olan, 3D printerdə çap edilmiş avtomatik turel özünün idarə olunması üçün Raspberry Pi 3 Model B + və Arduino Mega-dan istifadə edir. Onun rəqəmsal görmə texnologiyası ilə quraşdırılmış kamerası hipotetik düşmənləri tanımağa və onlara atəş açmağa imkan verir.

Avtomatik turelin süni intellektə malik yeni modelinin qurulması üçün mühəndislər yarım ildən çox vaxt sərf ediblər.

Qülləyə quraşdırılmış dörd Nerf topu saniyədə iki rezin güllə ilə atəş aça bilir. Güllərin sürəti 100 km/saatdan çoxdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.