Robotların sürətlənməsini təmin edən alqoritm müəyyən olunub

31 İyul 2019 - 12:40 | Maraqlı məlumatlar
Robotların sürətlənməsini təmin edən alqoritm müəyyən olunub

Rusiya və İsrail alimlərinin birgə işi sayəsində robotlar tərəfindən görülən işlərin yerinə yetirilməsi vaxtının 20% azalmasına səbəb olan yeni alqoritm hazırlanıb. Bu nəticə dünya analoqlarının əksəriyyətindən üstündür.

4pda.ru saytının məlumatına əsasən, robotlar qrupu yeni alqoritmdən istifadə edərək qarşıya qoyulan məsələləri ənənəvi alqoritmdən 20% daha sürətlə yerinə yetirib. Anbarların təmin edilməsi və ya qapalı tipli digər istehsal yerlərinin bu kimi maşınlarla təmin olunmasına daim artan tələbat baxımından tədqiqatçıların müvəffəqiyyəti olduqca əhəmiyyətlidir.

Alqoritm hərəkət zamanı robotları toqquşmalardan uzaqlaşdıran və minimum vaxt sərf edən ən qısa təhlükəsiz trayektoriyaların planlaşdırılması prinsipinə əsaslanır. Bu prinsip əsasında məhsuldarlığın əhəmiyyətli dərəcədə artımı və enerji istehlakının azalması təmin olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.