İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda nəşr olunub

24 İyul 2019 - 14:50 | Mühüm hadisələr
İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda nəşr olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, direktor müavini Şakir Mehdiyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “The industrial internet of things: the evolution of automation in the oil and gas complex” (Sənaye əşyalarının İnterneti: neft-qaz kompleksində avtomatlaşdırmanın təkamülü) adlı məqalə “SOCAR Proceedings” jurnalında çap olunub.

Müasir informasiya texnologiyalarının, o cümlədən Əşyaların İnternetinin istifadəsi neft-qaz kompleksində istehsalın effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu sahədə həllər daim inkişaf edir və karbohidrogen ehtiyatlarının kəşfiyyatı və aşkarlanması sürətinin artırılması, neft hasilatının inkişaf etdirilməsi və insan sağlamlığı, təhlükəsizliyi və ətraf mühit üzrə risklərin azaldılması baxımından böyük üstünlüklər verir. Məqalə bu məsələlərin öyrənilməsinə və sənaye əşyalarının İnternetinə əsaslanan sistemin konseptual modelinin işlənməsinə həsr olunub.

Qeyd edək ki, “SOCAR Proceedings” jurnalı “Emerging Sources Citation Index” (Clarivate Analytics), “SCOPUS”, “EI’s Compendex” (Elsevier), “SCImago” (SJR), “Inspec” (IET), “Chemical Abstracts” (CAS), “Российский Индекс Научного Цитирования” (РИНЦ) beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.