23 iyul 2019-cu il tarixində saat 11:46 radələrində qlobal İnternet provayderlərindən olan Level3 və GEANT təşkilatının qoşulma nöqtələrində bu təşkilatların əməkdaşları tərəfindən aparılan quraşdırma işləri nəticəsində AzScienceNet şəbəkəsinin GEANT təşkilatından gələn xəttində qırılma baş verib. Bunun nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi-tədqiqat müəssisələrinə və qurumlarına İnternet xidmətinin verilməsində fasilə yaranıb. Yaranan problem AzScienceNet şəbəkəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb və aidiyyatı təşkilatlar məsələdən xəbərdar edilib.
Xatırladaq ki, GEANT Avropanın Elm və Təhsil institutları arasında olan şəbəkənin qurucusu və həm də yeganə operatoru rolunu yerinə yetirən təşkilatdır. Bu təşkilat 10 mindən çox quruma və 50 milyondan çox istifadəçiyə xidmət göstərir. Level3 isə 5 ən böyük qlobal telekommunikasiya şirkətlərindən biri olan “Century Link” şirkətinin İnternet xidmətini həyata keçirən qoludur.
AzScienceNet şəbəkəsinin administrasiyası
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.