Pitsburq şəhərinin Karnegi Mellon Universitetinin alimləri insan daxilində endoskopik kameraların tətbiqi olmadan daxili toxumaların təsvirlərini əldə etmək üçün yeni bir üsul hazırlayıb və təqdim ediblər. Bu üsul beyin toxumalarının öyrənilməsi zamanı səmərəli olacaq.
ferra.ru saytının məlumatına əsasən, tədqiqatçılar öz işində ultrasəsdən istifadə edərək toxumadaxili sahələrin optik təsvirlərinin əldə edilməsi üçün yeni metoddan bəhs ediblər. Beləliklə, ultrasəs dalğalarının fiziki xüsusiyyətləri optik mikroskopiya ilə birlikdə “virtual linzanı” formalaşdıracaq.
Alimlərin sözlərinə görə, onların təqdim etdiyi texnologiya hətta xəstələrin ondan müstəqil olaraq istifadə etməsinə imkan yaradır. Bunun üçün məlumatları birbaşa həkimə ötürən plastrı bədənə yerləşdirmək kifayətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.