Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadənin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.
Bu gün AMEA-nın I kurs magistrantları TİM-də “Fəlsəfənin əsasları” fənnindən imtahan veriblər. İmtahanlarda AMEA-nın institutlarından ümumilikdə 64 nəfər iştirak edib.
Qeyd edək ki, “Psixologiya” fənnindən imtahan 13 iyun tarixində keçirilib. “Pedaqogika” fənnindən imtahan isə 21 iyun tarixində keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.