Süni intellekt sahəsində ən çox patentə sahib şirkətlər məlum olub

11 İyun 2019 - 10:56 | Maraqlı məlumatlar
Süni intellekt sahəsində ən çox patentə sahib şirkətlər məlum olub

Süni intellekt qlobal İT sahəsinin inkişafında ən mühüm istiqamətlərdən biridir. Almaniyanın “IPlytics” tədqiqat şirkəti qeydiyyatdan keçirilmiş patentlərin sayına görə lider şirkətləri müəyyənləşdirib.

dailycomm.ru saytının məlumatına görə, 2019-cu ilin yanvar ayına olan məlumata əsasən, “Microsoft” korporasiyası patentlənmiş süni intellekt texnologiyalarının (18365) sayına görə birinci yeri tutub. ABŞ-ın “IBM” korporasiyası reytinqdə ikinci yerdə qərarlaşıb: sözügedən şirkətin aktivində 15046 patent mövcuddur. Cənubi Koreyanın “Samsung” korporasiyası 11243 patent göstəricisi ilə üçüncü olub.

İlk onluqda ABŞ-ın 5 şirkəti yer alıb. “Qualcomm” (10178 patent) və “Google” (9536 patent) şirkətləri müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar. Bundan başqa, ilk onluqda Yaponiyanın iki şirkəti – “Sony” (8-ci yer, 5526 patent) və “Canon” (10-cu yer, 3996 patent) qərarlaşıb. Cənubi Koreya, Niderland (“Philips”, 6-cı yer) və Almaniya (“Siemens”, 7-ci yer) ölkələrinin hər birindən bir şirkət reytinqdə yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.