“Apple” yenidən azalma ilə qarşılaşacaq

09 Sentyabr 2014 - 15:02 | Maraqlı məlumatlar
“Apple” yenidən azalma ilə qarşılaşacaq

Digitimes Research-in ekspertləri 2014-cü ilin 3-cü rübündə iPad planşetlərinin təchizatının artacağını proqnozlaşdırıblar. Bu, cari ilin 4-cü rübündə satışa çıxarılacaq yeni 9,7 düymlük modelin sayəsində baş verəcək.

Analitiklər bu fikirdədirlər ki, yeni versiyanın xarici görünüşündə əhəmiyyətli dəyişikliklər olmayacaq. Lakin güman olunur ki, planşet daha nazik olmaqla yanaşı, həm də təkmilləşdirilmiş ekranla təchiz olunacaq.

Digitimes Research-in proqnozlarına görə, iyul-sentyabr dövrü üzrə “Apple” ümumilikdə 16,95 milyon iPad satışa çıxaracaq ki, bu da 1 il əvvəl ilə müqayisədə 8,7% çoxdur. 9,7 düymlük modellər qeyd olunan ümumi göstəricinin  58%-ni təşkil edəcək.

Eyni zamanda ekspertlər qeyd edirlər ki, 2014-cü ilin sonunda “Apple” yenidən azalma ilə qarşılaşacaq: oktyabr-dekabr aylarında iPad-in satışları 22,5 milyon ədəd olacaq. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% aşağı nəticədir.

dailycomm.ru