Yeni sistem qanın götürülməsi üçün damarları daha tez tapmağa kömək edəcək

10 May 2019 - 15:08 | Texnoloji yeniliklər
Yeni sistem qanın götürülməsi üçün damarları daha tez tapmağa kömək edəcək

Böyük Britaniyanın Nottingem Trent Universiteti və “Olberon Medical Innovations” şirkətinin alimləri damarların diametrini üçdə bir dəfə böyüdən texnologiyanı yaradıblar. Bunun sayəsində damarların axtarışı prosesi sadələşəcək və yanlış inyeksiyaların sayı azalacaq.

meddaily.ru saytının məlumatına görə, “Vacuderm” sistemi havanın sorulması üçün inteqrasiya edilmiş nasosdan ibarətdir. Havanın sorulması prosesi lazımi zonaya qanın axmasına gətirib çıxarır. Bu zaman damarların ölçüsünün böyüməsi nəticəsində onları daha tez aşkar etmək mümkün olur. Həmçinin təsir yerində temperatur yüksəlir. Deməli, tamamilə ağır hallarda (uşaqlar, yaşlı insanlar və narkomanlarda) damarların axtarışı üçün paralel olaraq, infraqırmızı kameradan istifadə etmək olar.

İstehsalçılar sistemin kommersiya versiyasını bazara çıxarıblar və yaxın zamanlarda bütün xəstəxanalarda bu sistemdən istifadə ediləcəyinə ümid edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.