Yaponiya hökuməti kibersilah yaradır

10 May 2019 - 14:25 | Maraqlı məlumatlar
Yaponiya hökuməti kibersilah yaradır

Yaponiya Müdafiə Nazirliyi ölkənin ilk kibersilahı olacaq zərərli proqram təminatını yaradacağını və dəstəkləyəcəyini açıqlayıb. Bildirilib ki, zərərli proqramlar cari ilin sonunadək yaradılacaq. Layihə üzərində dövlət işçiləri deyil, xarici istehsalçılar işləyəcəklər.

ferra.ru saytının məlumatına əsasən, Yaponiya kibersilahdan yalnız müdafiə məqsədilə istifadə edəcək. Məsələn, yapon təşkilatları kiberhücumlara məruz qaldıqda cinayətkarlara cavab olaraq, viruslar göndəriləcək. Hələ ki, silahdan istifadə barədə ətraflı məlumat verilmir.

Jurnalistlər yazırlar ki, rəsmən etiraf edilməsə də, İsrail, Çin və Rusiyada da kibersilah hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.