Çinin rabitə nəhəngi “China Unicom” 7 şəhərdə (Pekin, Şanxay, Quançjou, Şençjen, Nankin, Hançjou və Syunyan iqtisadi zonası) 5G rabitə şəbəkəsinin sınaqlarına başlayıb.
Bununla əlaqədar olaraq, çıxış edən “Mobile Research Group”un aparıcı analitiki Eldar Murtazin Rusiyada 5G şəbəkəsinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı tədbirlərin görülməsi üçün tələsməyi tövsiyə etməyib. Hələ ki, 5G şəbəkəsinin kütləvi tətbiqinin gözlənilmədiyini bildirib.
iz.ru saytının məlumatına əsasən, ekspert 5G şəbəkəsini gələcəyin texnologiyası hesab etdiyini, ən yaxın zamanda test zonalarının Rusiyada da yaradılacağını qeyd edib. Onun sözlərinə görə, hələ ki, şəbəkə operatorlarının bu sahədə gəlir əldə etməyin yolları barədə anlayışı yoxdur, lazımi avadanlıqlar isə böyük vəsait tələb edir. Bununla yanaşı, 5G şəbəkəsinin işə salınması rabitə xidmətlərinin bahalaşmasına gətirib çıxarmayacaq.
Qeyd edək ki, aprelin 19-u Rusiya Federasiyasının baş nazirinin müavini Maksim Akimov prezident Vladimir Putindən ölkədə 5G şəbəkəsinin tətbiqi üçün tapşırıqlar verməyi xahiş edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.