Böyük Britaniyanın Bristol Universitetinin alimləri xroniki yaralar üçün yeni nəsil cərrahlıq yapışqanı və sarğıları yaratmağa imkan verəcək yeni texnologiyanı təqdim ediblər. Onlar yaraların sağalmasına yardım edən trombin elementindən istifadə edərək, insanın kök hüceyrələrinin membranını dəyişdiriblər.
meddaily.ru saytının məlumatına görə, dəyişdirilmiş hüceyrələr qan zülalı olan fibrinogenli məhlula qarışdırılanda onlar avtomatik olaraq, hüceyrələrin səthində yerləşən təbii hidrogelin artması vasitəsilə birləşirlər. Bu proses sayəsində müxtəlif zədələri effektiv bərpa etmək olar.
Həmçinin əldə olunmuş üçölçülü hüceyrə strukturlarından toxumaların və süni orqanların yetişdirilməsi üçün istifadə etmək mümkündür. Hüceyrələrə onların öz xarici hüceyrə karkasında artmağa imkan verən texnologiya alınıb. Hüceyrələr özlərini müdafiə edir və dəyişdirilmədən sonra həyat qabiliyyətini saxlayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.