Depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlanıb

19 Aprel 2019 - 14:38 | Texnoloji yeniliklər
Depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlanıb

Yeni Cənubi Uels Universitetinin alim və mühəndisləri depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən cihaz hazırlayıblar.

“Bizim hazırladığımız qurğu, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insanın beynini normal vəziyyətinə geri qaytarır”, – deyə universitetin psixiatriya məktəbinin professoru Kolin Lo bildirib.

belta.by saytının məlumatına görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq. Çünki onlar hər zaman psixoloji və psixi problemlərlə əlaqədar olaraq mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar. Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.