İnstitutun alimi beynəlxalq jurnalın redaktoru seçilib

19 Aprel 2019 - 10:00 | Mühüm hadisələr
İnstitutun alimi beynəlxalq jurnalın redaktoru seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “CAAI Transactions on Intelligence Technology” jurnalının redaktoru seçilib. Jurnal “Mühəndislik və Texnologiyalar İnstitutu” (Institution of Engineering and Technology) tərəfindən dərc olunur.

Qeyd edək ki, Çin Süni İntellekt Assosiasiyasının sponsorluğu ilə nəşr olunan jurnalda süni intellekt texnologiyalarının nəzəri və eksperimental problemlərinə həsr olunmuş məqalələrə yer verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.