Yeni qurğu ofisdə mükəmməl şərait yaratmağa kömək edəcək

16 Aprel 2019 - 10:14 | Texnoloji yeniliklər
Yeni qurğu ofisdə mükəmməl şərait yaratmağa kömək edəcək

Avstraliyanın Dikin Universitetinin professoru Abas Kuzaninin komandası “Cube Comfort Monitor” adlı qurğu hazırlayıb. Lakin sınaqdan keçirənlər onu dərhal “Baby cube” (uşaq zonası) adlandırıblar ki, bu da qurğunun mahiyyətini daha dəqiqliklə əks etdirir. Məsələ ondadır ki, adi ofis işçisi, körpə kimi, həmişə iş yerində diskomfortdan əsaslandırılmış şəkildə şikayət edə bilmir.

techcult.ru saytının məlumatına görə, iş şəraiti nə qədər yararsız olarsa, əmək məhsuldarlığı da bir o qədər aşağı olar. Lakin bir çox işçilər işdən çıxarılma qorxusuna görə bunlara dözürlər. Digərləri onlara nəyin (təmiz hava çatışmazlığı, artıq dərəcədə istilik, qonşuların səs-küyü və s.) mane olduğunu anlamırlar. “Cube Comfort Monitor” ofisdə hər bir iş yerinə quraşdırılma üçün nəzərdə tutulub. O, temperatur, rütubət, havanın keyfiyyəti (CO2 və digər uçan üzvi birləşmələrin səviyyəsi), işığın intensivliyi, bu işığın rəng temperaturu və səsin səviyyəsini izləyir. Məlumatlar sonrakı emal üçün bulud anbarına göndərilir.

İstehsalçılar güman edirlər ki, savadlı rəhbər iş yerlərindəki şərait haqqında məlumatlara əsasən, iş prosesinin təşkilində hansı boşluqların olduğunu anlaya biləcək. Məişət qurğularının indikatorlarındakı abstrakt göstəricilər real insanın hiss etdikləri deyil, həm də məkanlar və iş şəraiti fərqlənir. Lakin əldə konkret məlumatlar olduqda işi yenidən planlaşdırmaq, büdcəni yeni sistemin və ya səs izolyasiyasının alınmasına uyğunlaşdırmaq daha asan olur.

Hazırda “Cube Comfort Monitor” universitetin 15 binasında testdən keçirilir. Sınaqlar müvəffəqiyyətlə başa çatarsa, qurğunun kommersiya versiyası artıq cari ilin sonunda satışa çıxarıla bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.