“Microsoft”un yeni proqramı görmə məhdudiyyətli insanlara smartfondakı şəkillərə baxmağa imkan verəcək

15 Mart 2019 - 10:52 | Maraqlı məlumatlar
“Microsoft”un yeni proqramı görmə məhdudiyyətli insanlara smartfondakı şəkillərə baxmağa imkan verəcək

“Microsoft” korporasiyası “Seeing AI” mobil proqramının yeni versiyasını təqdim edib. Sözügedən proqram kompüter görməsi texnologiyasının köməyi ilə görmə məhdudiyyətli insanlara smartfon və ya kompüterdə şəkillərə “baxmağa” imkan verəcək.

hightech.fm saytının məlumatına görə, mobil proqramı işə salmaq üçün istifadəçi ekrandakı təsvirə toxunuş etməlidir. Kompüter görməsi sistemi təsvirin detallarını tanıyaraq onları dinamik və ya qulaqlıqlar vasitəsilə səsləndirir.

Ödənişsiz proqram olan “Seeing AI” “iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.